Okt 21, 2017 12:58 Asia/Baku
  • İsrail Knesseti Məsud Barzaniyə dəstək verdi
    İsrail Knesseti Məsud Barzaniyə dəstək verdi

İsrail Knesseti aşkar müdaxilə xarakteri daşıyan bir hərəkətdə, İraq hökumətinin İraq Kürdüstanı ilə ixtilaflı məntəqələrdə təhlükəsizliyin təmin edilməsi və bu məntəqələrə mərkəzi hökumətin nəzarətinin təmin edilməsi üzrə hərəkətini tənqid edərək, İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzaninin separatçılığını himayə edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, iraqlı qüvvələrin ixtilaflı məntəqələrdə təhlükəsizliyin təmin edilməsi əməliyyatında yeni uğurlar əldə etməsi və onların Mosulun şimalında yerləşən Vana məntəqəsinə daxil olmaları ilə, bəzi xəbər agentlikləri İsrailin nazirlər kabinetinin İraq Kürdüstanı yerli hökumətinin ardıcıl məğlubiyyətlərini önləmək üçün əl-ayağa düşməsindən xəbər veriblər. 

Röyters bu barədə bildirir: İsrailin baş naziri Benyamin Netanyahu İraqın şimalında kürdlərin hegemonçuluğunu qorumaq və onların məğlubiyyətini önləmək üçün, dünya ölkələri başçılarının dəstəyini əldə etmək üzrə səylərə başlayıb. 

Bu məlumata görə, İsrail başçıları bildirirlər ki, Ərbil və Bağdad arasındakı münasibətlərdə yaşanan son həssas olaylar Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa rəsmiləriilə telefon danışıqlarının ən önəmli mövzusu olub. 

İsrailin daxili təhlükəsizlik müşaviri də bu məsələ ilə əlaqədar Vaşinqtona səfər edib. O, ABŞ prezidenti Donald Tramp ilə görüşüb, mövcud vəziyyətdən çıxış yolu barədə danışıqlar aparmalıdır. 

İsrail başçılarından biri də Röyters ilə müsahibədə aydın formada deyib: İsrail İran və Suriya ilə sərhəd məntəqədə yerləşən İraq Kürdüstanında təhlükəsizlik maraqlarına malikdir. 

Teqlər