İraqın daxili işlər naziri: İraqlılar biri-biri ilə savaşmırlar
-
İraqın daxili işlər naziri: İraqlılar biri-biri ilə savaşmırlar
İraqın daxili işlər naziri deyib: İraqlılar heç bir şəraitdə biri-biri ilə müharibə aparmırlar.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suməriyə Nyus bildirib ki, İraqın daxili işlər naziri Kərkükdə etdiyi çıxışında deyib: Kərkük vilayəti bu gün stabildir və bu təhlükəsizlik davam etdirilməlidir, Ordu və peşmərgələrin silahları sadəcə Terrorizmi hədəfə alır.
Qasım Əl-Ərci Kərkükdə kütlələrin biri-biri ilə dinc yaşamasına toxunub və deyib: Kərkük vilayəti kiçik İraq deməkdir burada ərəblər, kürdlər və türkmənlər yaşayır və İraqın daxili işlər nazirliyi bütün etnik qrupların iştirakını təmin edən proqramlara malikdir.
İraqın daxili işlər naziri keçmişdən söz açmağın narahat edici olacağı və islahatlar prossesini təxirə salacağı ehtimalına toxunaraq deyib: İraq əcnəbilərin müdaxiləsi olmadan özü özünü idarə etməyə qadirdir.
İraqın daxili işlər naziri dünən Kərkük vilayətinə səfər edib və yaxından bu vilayətdə təhlükəsizlik durumunu araşdırıb.
İraqın silahlı qüvvələri oktyabrın 16-dan Ərbil ilə Bağdad arasında münaqişəli bölgələr o sıradan Kərkük vilayəti və oradakı neft quyularını geri almaq üçün əməliyyata başladı və dərhal bütün bu ərazilərə nəzarəti təmin etdi.