BMT: Yəmənli uşaqlar dünyanın ən böyük aclıq böhranı ilə üzləşiblər
BMT-nin Humanitar məsələlər üzrə ofisi bazar ertəsi günü bir bəyanat yayaraq, Ərəbistanın Yəmənə olan təcavüzlərini "dağıdıcı" adlandırıb və bildirib: Ərəbistanın Yəməndəki cinayətləri yəmənli uşaqları dünyanın ən böyük aclıq böhranı və misilsiz formada yayılmaqda olan Vəba xəstəliyi ilə üzləşdirib.
PressTV-nin verdiyi məlumata görə, BMT-nin humanitar məsələlər üzrə ofisi bildirib: 11 milyon yəmənli uşaq təcili və təxirəsalınmaz humanitar yardımlara ehtiyaclıdır.
Bəyanatda həmçinin deyilir: Yəməndə hətta, ən primitiv və ilkin qidalanma və müalicə imkanları da əlçatmaz olub və uşaqlar öz ehtiyaclarını təmin edə bilmirlər. Onlar, önlənilməsi mümkün olan aclıq və yolxucu xəstəliklər üzündən həyatlarını itirirlər.
BMT-nin humanitar məsələlər üzrə koordinatoru həmçinin, milyonlarla yəmənlu məktəbli və minlərlə yəmənli müəllimin naməlum taleyinə işarə edərək, deyib: Yəməndə təhsil sistemi tamamilə məhv olmaq ərəfəsindədir.
Bu məlumata görə, Yəməndə 5 milyondan çox məktəbli təhsildən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.