Okt 27, 2017 17:33 Asia/Baku
  • Ayətullah Sistaninin nümayəndəsi: İŞİD üzərində yekun qələbəni gözləyirik
    Ayətullah Sistaninin nümayəndəsi: İŞİD üzərində yekun qələbəni gözləyirik

İraqda şiələrin ali mərcəiyyətinin nümayəndəsi bu ölkənin təhlükəsizlik qüvvələrinin terrorçularla mübarizəsinin davam etməsnə dəstək verərək, bildirib ki, İŞİD üzərində yekun qələbənin elan olunmasını gözləyir.

İraqda şiələrin ali mərcəiyyəti Ayətullah Sistaninin nümayəndəsi Seyid Əhməd Əlsafi bu gün müqəddəs Kərbəlada qılınan cümə namazının xütbələrində deyib: Ayətullah Sistani İraqın təhlükəsizlik qüvvələrinin İŞİD-in işğalı altında qalmış məntəqələrin azad edilməsi üzrə döyüşlərini himayə edir.

Seyid Əhməd Əlsafi "Məvakibi Husəyni" hərəkatının başçılarından da istəyibdir ki, terrorçulardan ehtiyatlı olsunlar, zira onlar iraqlı qüvvələrlə döyüş meydanlarındakı məğlubiyyətdən sonra hazırda Hüseyn(ə) zəvvarlarını hədəfə almağa çalışırlar.

Belə bir halda, İraqda dini mərcələrdən olan Ayətullah Seyid Muhəmməd Təqi Əlmudərrisi də bu gün bir üzü "Şəfəq Nyus"da dərc olunmuş bir bəyanatda Ərbil ilə Bağdadın ciddi dialoqunu və İraq Kürdüstanında separatçı referendumun keçirilməsinin ardınca İraqda yaranmış uzaqlığın aradan qaldırılmasını istəyib.

Bu iraqlı mərcə kürd həmvətənlərinə də tövsiyə edibdir ki, İmam Hüseyn(ə) ərbəinində daha əzəmətlə iştirak etsinlər. O, İraq vətəndaşlarının hüquqlarına qarşı hər cür təcavüz barədə də xəbərdarlıq edərək, deyib: İraqın silahlı qüvvələri diqqət etməlidirlər ki, İraq vətəndaşlarının ən kiçik haqqını belə pozmasınlar.

1439-cu hicri qəməri ili səfər ayının iyirmisi və 2017-ci milad ili noyabrın 9-u, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın Kərbəla çölündə şəhid edilməsinin ərbəin günüdür. Bütün dünyadan olan milyonlarla müsəlman həmin gündə ərbəin mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə daxil olur.

Teqlər