Okt 27, 2017 19:16 Asia/Baku
  • 
M.Barizaninin oğlanlarının Suriyadan neft alqısı və qaçağında rolu olub
    M.Barizaninin oğlanlarının Suriyadan neft alqısı və qaçağında rolu olub

Məlumatlı bir mənbə İraq Kürdüstanı məntəqəsi başçısının oğlanlarının Suriyadan neft alqısı və qaçağındakı rolunu ifşa edib.

Adının açıqlanmamasını istəyən bu mənbə deyib: Suriyanın yaxınlığında və İraqın Neynəva vilayətinin Zəmar və Rəbiə məntəqələrinin şimalında yerləşən məntəqəni müdafiə bəhanəsilə döyüşən "Əltaybət" adlı separatçı kürd qruplar Məsud Barizaninin oğlanları Məsrur və Mənsur Barizanilərin fərmanı altındadırlar.

Bu mənbənin sözlərinə əsasən, həmin məntəqələr Suriyanın Ərmilan və Kəratşuk neft yataqlarına yaxın olduqlarına görə, bu separatçılar böyük əhəmiyyət kəsb edir.

Bu məlumatlı qaynaq vurğulayıb: Məsrur və Mənsur Barizanilər terrorçu PKK və YPG təşkilatlarından Suriya neftinin satın alınmasının pərdə arxasındakı əsas amilləridirlər, zira terrorçuların Suriyadan Türkiyəyə neft qaçağı üçün heç bir digər yolları yoxdur. Yük maşınlarının və tankerlərin keçməsi üçün mövcud olan yeganə keçid Əlməhmudiyyə kəndinin yaxınlığındadır.

Bu mənbə əlavə edib: Barizani oğlanlarının fərmanı altında olan yarımhərbçilər neftdən əlavə, siqaret və spirtli içkilər də qaçaq edirlər.

İraqlı qüvvələr ötən bir neçə gün ərzində Kərkük şəhərinin ətrafında bir neçə neft yatağını peşmərgə qüvvələrindən geri alıblar. Bundan öncə Məsud Barizaninin başçılıq etdiyi İraq Kürdüstanı məntəqəsinin peşmərgə qüvvələri Kərkükdəki neft quyularına yiyələnmişdilər.

Teqlər