Əsaib Əhlül-Həqq Barizaninin İsrailin muzdlusu olduğunu bildirib
Okt 28, 2017 12:09 Asia/Baku
Əsaib Əhlül-Həqqin baş katibi deyib: İsrail İraq Kürdüstanında ardıcıl məğlubiyyətlərini dayandırmaq üçün beynəlxalq səfərbərliyə əl atır.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Qeys Əl-Xəzəli deyib: İraq Kürdüstanının başçısı Məsud Barizani bir başa olaraq İsrailin və onun regiondakı separatçı planlarına xidmət edir.
Əl-Xəzəli deyib: İsrailin İraq Kürdüstanı ilə əlaqədar planlarının ardıcıl olaraq məğlubiyyətə uğramasını dayandırmaq üçün beynəlxalq səfərbərliyə əl atması ona görədir ki, Məsud Barizani bu rejimin muzdlusudur.
Biz Kürdüstan separatçılarının xəbisliyi, muzdurluğu, alçaqlığı və mənfi niyyətinin şahidi idik, onlar kürdlərə qarşı əcnəbilərdən yardım aldılar.