Okt 28, 2017 20:05 Asia/Baku
  • İraq dövlətinin sözçüsü: Ərbillə rəsmi müzakirə aparmamışıq
    İraq dövlətinin sözçüsü: Ərbillə rəsmi müzakirə aparmamışıq

İraq dövlətinini sözçüsü Bağdad ilə Ərbil arasında keçirilmiş iclas barədə deyib: Bu iclas İraqın federal qüvvələrinin müxtəlif bölgələrdə fəaliyyət tərzi barədə koordinasiya məqsədi ilə keçirilmişdir.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq dövlətinin sözçüsü Səd Əl-Həriri Əl-Hədəs telekanalına verdiyi müsahibədə həmin iclasda müvafiq ekspertlərin iştirak etmiş olduğunu vurğulayıb və deyib: Bu iclasda məqsəd toqquşmadan çəkinmək, bütün münaqişəli bölgələrdə xüsusiylə də Fişxabur və sərhəd keçidlərində mərkəzi hökumətin qüvvələrinin yerləşməsi üçün hazırlıqdan ibarət olmuşdur. 

Əl-Hədisi sərhəd keçidlərinin konstitusiyaya əsasən mərkəzi hökumətin nəzarətində olmalı olduğunu xatırladaraq bildirib: Baş nazir Heydər Əl-İbadi tərəfindən danışıq üçün 24 saatlıq fürsət verildi. Mərkəzi hökumətin qüvvələrinin bütün münaqişəli ərazilərdə yerləşdirilməsi üçün razılaşmanın əldə olunması kifayət edər. 

Heydər Əl-İbadi dünən bu ölkənin hərbi qüvvələrinin münaqişəli ərazilərdəki missiyasınn 24 saat müddəti üçün dayandırılmasına dair göstəriş verdi. 

İraq Kürdüstan parlamenti dünən gecə bu qərarın Bağdad ilə Ərbil arasında danışıqların başlanmasına fürsət yaradacağına ümidvar olduğunu bildirdi. 

Teqlər