Ərəbistanın hərbi hücumları nəticəsində 13 yəmənli uşaq həlak olub
BMT-də humanitar məsələlər üzrə koordinator Cimi Mak Qoldrik bildirib: Noyabr ayının ilk üç günündə Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumu nəticəsində 13 yəmənli uşaq həlak olub.
İRİB-in məlumatına görə, Cimi Mak Qoldrik bazar günü bir bəyanatda bildirib: Noyabr ayının əvvəlində Ərəbistan qırıcı təyyarələrinin Yəmənin sədə vilayətində Səhar rayonunda yerləşən bazara hücumunda 6 uşaq və 25 nəfər həlak olub.
BMT-də humanitar məsələlər üzrə koordinator əlavə edib: 2 noyabrda da Yəmənin cənub-qərbində Təiz şəhərində əl-Üsvə məhəlləsində yaşayış massivinin bombalanması nəticəsində beş uşaq həlak olub, 2 nəfər də yaralanıb.
BMT-də humanitar məsələlər üzrə koordinatorunun sözlərinə görə, 3 noyabrda Ərəbistan qırıcılarının Sədə vilayətində Baqim rayonunda bir mənzili atəşə tutması nəticəsində bir ailənin yeddi üzvü, o cümlədən iki uşaq həlak olub.
Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücumlar təşkil edir və eyni zamanda bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsi on minlərlə yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib. Belə ki, Yəmən ərzaq çatışmazlığı və vəba kimi xəstəliklə üzləşib.