Noy 12, 2017 19:56 Asia/Baku
  • Bəhreyndə Məhərrəm məhbuslarının sayı artıb
    Bəhreyndə Məhərrəm məhbuslarının sayı artıb

Bəhreynin Əd-Diraz məntəqəsində əzadarlıq mərasimi təşkil edənlərdən daha bir qrupunun həbs edilməsi ilə bu ilki Məhərrəm ayında Bəhreyndə həbs edilən əzadarların sayı 32-yə çatıb.

Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Bəhreynin təhlükəsizlik qüvvələri Ərbəin mərasiminin keçirilməsinə mane olublar.

Bəhreynin təhlükəsizlik rəsmiləri ötən oktyabr ayının əvvəllərində Əd-Diraz məntəqəsində Aşura əzadarlığına hazırlıqla məşğul olan 6 nəfərin həbs edilməsi barədə göstəriş vermişdilər.

Ali-Xəlifə rejiminin cari ildə Aşura simvollarına qarşı repressiyaları ötən illər ilə müqayisədə xeyli artıb. Bu il Məhərrəm ayı ilə bir vaxtda təhlükəsizlik qüvvələri bəzi məntəqələrə basqın edərək, Aşura simvollarını yığışdırıblar.

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir.

Teqlər