Noy 15, 2017 09:57 Asia/Baku
  • Bəşşar Əsəd: Suriyada böhranın məqsədi region ölkələrinin inkişafının qarşısını almaqdır
    Bəşşar Əsəd: Suriyada böhranın məqsədi region ölkələrinin inkişafının qarşısını almaqdır

Suriya prezidenti ötən gecə bildirib: Suriyada böhran və müharibənin yaradılmasında məqsəd region ölkələrinin inkişafının qarşısını almaqdır.

İRNA-nın məlumatına görə, Bəşşar Əsəd Dəməşqdə keçirilən "Amerikalı-sionist-irticaçı koalisiya ilə mübarizə və Fələstin xalqının müqavimətinə dəstək" konfransında xatırladıb: Düşmənlər region ölkələrinin ABŞ-ın başçılıq etdiyi böyük ölkələrin maliyyə müəssisələrinin mənafelərinə xidmət etmələrini istəyirlər.

Bu konfransda Suriya, Livan, Fələstin, Yəmən, İordaniya, Misir, İraq, Əlcəzair, Bəhreyn və Mavritaniyadan partiya nümayəndələri və siyasi şəxsiyyətlər iştirak edirlər. Konfrans bu gün də davam edəcək. 

Teqlər