Noy 17, 2017 17:16 Asia/Baku
  • Ərəbistanın təcavüzkar hücumlarında yəmənli sivillər həlak olub

Yəmənin şimalında Sədə vilayətinin Qəmr şəhərində yaşayış massivlərinin bombalanması bir sivilin həlak olması və dörd nəfərin də yaralanması ilə nəticələnib.

İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Hüdəydə vilayətinin Zöhrə şəhəri Xəmis əl-Vaizat bölgəsində bir avtobusu vurması nəticəsində altı sivil həlak olub, 8 nəfər də yaralanıb. 

Digər tərəfdən Yəmən qüvvələri Sənanın şərqində Nehem rayonunda Rəmadiyyə kəndində kasset bombasının partlamasına reaksiya olaraq Zilzal-1 raketindən istifadə edərək Nehem cəbhəsində Minarə bazası yaxınlığında səudiyyəli muzdluların toplaşdığı mərkəzləri atəşə tutublar. 

Yəmən ordusu və xalq qüvvələrinin Couf vilayətinin Məslub şəhəri Hicə bölgəsində keçirdiyi əməliyyatda da bir neçə səudiyyəli muzdlu öldürülüb. 

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə təcavüz edib. Eyni zamanda bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistanın Yəmən əleyhinə müharibəsi on minlərlə yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib. 

Teqlər