Maliki İraqda Həşdüş-Şəəbinin qalmasını vurğulayıb
İraq prezidentinin müavini İŞİD-dən sonrakı dövrdə ölkənin milli təhlükəsizliyi və regionun təhlükəsizliyinə zəmanət üçün Həşdüş-Şəəbinin qalmasını vurğulayıb.
İraq parlamenti 2016-cı il 26 noyabrda səs çoxluğu ilə Həşdüş-Şəəbini İraqın Silahlı Qüvvələrini bir hissəsi elan edib.
Livanın əl-Minar televiziyasının məlumatına görə, İraq prezidentinin müavini Nuri Maliki terrorizm qarşısında qələbənin qorunmasını və mühafizə olunmasını qələbədən daha çətin adlandırıb və deyib: Növbəti mərhələ ehtiyat qüvvə olaraq Həşdüş-Şəəbinin qalmasını zəruri edir.
Maliki xalq səfərbər qüvvələri əleyhinə daxili və xarici planların olduğuna görə, Həşdüş-Şəəbinin dəstəklənməsi və qorunmasını qeyd edərək deyib: Bu qüvvələrin hər bir sahədə qələbələri sübut olunmuşdur.