Noy 22, 2017 14:07 Asia/Baku
  • Səəd Həriri Livanın
    Səəd Həriri Livanın "Milli Müstəqillik Günü" mərasimində iştirak edib

Livanın baş naziri Səəd Həriri Ərəbistanda öz vəzifəsindən istefa verməsinin ardınca Livana olan ilk səfərində bu gün çərşənbə paytaxt Beyrutda "Milli Müstəqillik Günü" mərasimində iştirak edib.

İRİB-nin verdiyi məlumata görə, Səəd Həriri Milli Müstəqillik Günü münasibəti ilə təşkil edilmiş hərbi qüvvələrin parad mərasiminin keçirildiyi məkanda olub. 

Həriri daha öncə Livanın Milli Müstəqillik Günü mərasimində iştirak edəcəyini demişdi. 

Səəd Həriri 4 noyabr tarixində Ərəbistanın paytaxtı Ər-Riyadda qiraət etdiyi bəyanatda baş nazirlik vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bir çox qaranlıq məqamlar ilə yanaşı olan bu hadisədən 18 gün sonra Həriri nəhayət yenidən Livana geri dönüb. 

Səəd Həriri çərşənbə axşamı Ər-Riyaddan Parisə səfər etmiş və Fransa prezidenti Emanuel Makron ilə görüşmüşdü.

Livanlılar habelə, analitiklər Həririnin Ərəbistanın təzyiqləri altında istefa verdiyini və bu işdə məqsədin Livan Hizbullahına zərbə vurmaq olduğunu düşünürlər. Çünki, Hizbullah regionda Ərəbistanın çirkin planlarının zərərsizləşdirilməsində önəmli rola malikdir. 

Teqlər