Livan Hizbullahı: Misirdə terror aktı təkfirçi vəhhabi təfəkkürünün nəticəsidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287353-livan_hizbullahı_misirdə_terror_aktı_təkfirçi_vəhhabi_təfəkkürünün_nəticəsidir
Livan Hizbullahı Misirdə Sina vilayətinin şimalında namazqılanlara qarşı törədilən terror aktının təkfirçi-vəhhabi təfəkkürünün nəticəsi olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2017 07:37 Asia/Baku
  • 
Livan Hizbullahı: Misirdə terror aktı təkfirçi vəhhabi təfəkkürünün nəticəsidir
    Livan Hizbullahı: Misirdə terror aktı təkfirçi vəhhabi təfəkkürünün nəticəsidir

Livan Hizbullahı Misirdə Sina vilayətinin şimalında namazqılanlara qarşı törədilən terror aktının təkfirçi-vəhhabi təfəkkürünün nəticəsi olduğunu bildirib.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, Livan Hizbullahı bir bəyanat yayaraq cümə günü Misirdə Sina vilayətinin şimalında Berəl-Əbd bölgəsində Rövzə məscidinə qarşı terror aktını pisləyərək bildirib: Bu hücum təkfriçi və vəhhabı təfəkkürün məhsuludur ki, ona qatılmayan müsəlmanları kafir hesab edir. 

Hizbullahın bəyanatında deyilir: 235 möminin ölümü və yaralanması ilə nəticələnən bu terror aktı, qorxu və dəhşət atmosferi yaratmaq istiqamətində törədilən cinayətlər olaraq regionu hədəfə alıb. 

Misir mediyalarının bildirdiklərinə görə, Sinanın şimanlında məscidə edilən terror hücumunda 30-dan çox terrorçu iştirak edib, Ölənlər arasında uşaqda var. 

Livanın Əl-Məyadin telekanalı bu terror hücumunda məqsədin Misirdə məzhəb fitnəsi salmaqdan ibarət olduğunu bildirib.