BƏƏ-nin terrorçularla əməkdaşlığı ifşa olunub
Noy 28, 2017 17:01 Asia/Baku
Səudiyyə Ərəbistanının Nəbə telekanalı bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələrindəki terrorçu qruplara dəstək verir.
Səudiyyə Ərəbitanının Nəbə telekanalı bu gün bildirib ki, BƏƏ 24 noyabrda Misirin Əl-Əriş şəhərində Ərrövzə məscidində namazqılanlara qarşı törədilmiş terror aktında rol oynayıb. Bu terror aktında 305 namazqılan öldü, 128 nəfər də yaralandı.
Məlumatda ekspertlərə istinadən bildirilir ki, BƏƏ Misirin Sina səhrasında İŞİD terrorçularının əməliyyatlarını əsas maliyyələşdirən tərəfdir.
Bəzi təhlilçilər BƏƏ tərəfindən maliyyəşdirilən SkyNyus telekanalının Misirli namazqılanarın qırğın edilməsi xəbərini dərhal yayımlamasını da BƏƏ-nin bu terror aktından xəbərdar olması ilə əlaqələndirirlər.