Livan baş nazirinin həbsi ssenarisi bu dəfə BƏƏ-də
Birləşmiş Ərəb Əmirliklərində olan Misirin sabiq baş naziri Əhməd Şəfiq deyib: Bu ölkədən xaricə səfər etmək qadağan olunub.
İRİB-in məlumatına görə, Şəfiq Birləşmiş Ərəb Əmirlikləi hökumətini tənqid atəşinə tutaraq BƏƏ-dən xaricə səfər etməsinin qadağan olunmasını Misirin daxili məsələlərində müdaxilə adlandırıb.
Şəfiq bundan öncə bildirmişdi ki, növbəti prezident seçkilərində öz namizədliyini Qahirədə elan edəcək. O elə bu məqsədlə BƏƏ-dən Misirə qayıtmalı idi.
Misir ordusunun təqaüdə çıxmış generallarından olan Şəfiq 2012-ci il prezident seçkilərində kənarlaşdırılmış prezident Məhəmməd Mursi ilə rəqabətdə 13 milyon səs topladı.
Siyasi müşahidəçilər Şəfiqi növbəti seçkilərdə Misirin hazırkı prezidenti Əs-Sisinin ciddi rəqibi hesab edirlər.
Şəfiq də hazırda Mİsirin Milli Hərəkat partiyasının rəhbəridir.
Qeyd edək ki, Əhməd Şəfiq prezident seçkilərinə namizəd olmaq üçün 20 deputatın və ya Misirin 15 vilayətindən 25 min misirlinin imzasını toplamalıdır.