Pakistanda universitetə silahlı hücum \ 9 nəfər həyatını itidi
Pakistanın Pişavər şəhərində Kənd Təsərrüfatı Universitetinə edilən silahlı hücumda 9 nəfər həyatını itirib.
İRNA-nın məlumatına görə, Pakistanın Xeybər Pəxtunxah vilayətinin mərkəzi olan Pişavər şəhərinin baş polis idarəsinin rəisi Tahirxan bu gün səhər silahlı terrorçuların Kənd Təsərrüfatı Universitetinə hücum etməsindən xəbər verib. Tahirxanın verdiyi açıqlamaya görə hücum nəticəsində 9 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.
Yaralılar arasında vəziyyəti ağır olanlar var.
Pakistanın təhlükəsizlik qüvvələri Kənd Təsərrüfatı Universitetinə hücum edən silahlı terrorçuların hamısını öldürərək, zərərsizləşdiriblər.
Röyters-in məlumatına görə, Pakistan polisi Taliban terror qruplaşmasının bu hücumun məsuliyyətini öz üzərinə götürməsindən xəbər verib.