Tunislilər Trampın qərarına etiraz etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288613-tunislilər_trampın_qərarına_etiraz_etdi
Tunisdə minlərlə vətəndaş cümə axşamı günü ABŞ hökumətinin Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması və ABŞ səfirliyini bu şəhərə köçürməsinə dair qərarına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 07:07 Asia/Baku
  • Tunislilər Trampın qərarına etiraz etdi

Tunisdə minlərlə vətəndaş cümə axşamı günü ABŞ hökumətinin Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması və ABŞ səfirliyini bu şəhərə köçürməsinə dair qərarına etiraz olaraq aksiya keçirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, aksiya iştirakçıları Fələstinə dəstək üzrə şüarlar səsləndirib və ABŞ prezidenti Donald Trampın Fələstin əleyhinə qərarına nifrətlərini bildiriblər. 

Tunis paytaxtında keçirilən aksiyada etirazçılar ABŞ səfirliyinə doğru yürüş keçirməyə cəhd ediblər. Lakin polis onların hərəkətinə mane olub. 

Oxşar aksiyalar Tunisin başqa şəhərlərində də keçirilib.