Tunis əhalisi Trampın Qüds əleyhinə qeyri-qanuni qərarına qarşı ayağa qalxdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288747-tunis_əhalisi_trampın_qüds_əleyhinə_qeyri_qanuni_qərarına_qarşı_ayağa_qalxdı
Tunis xalqı və müxtəlif qrumları ABŞ prezidentinin Qüdsü rəsmən sionist rejimin paytaxtı tanımasına reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 09:24 Asia/Baku
  • Tunis əhalisi Trampın Qüds əleyhinə qeyri-qanuni qərarına qarşı ayağa qalxdı
    Tunis əhalisi Trampın Qüds əleyhinə qeyri-qanuni qərarına qarşı ayağa qalxdı

Tunis xalqı və müxtəlif qrumları ABŞ prezidentinin Qüdsü rəsmən sionist rejimin paytaxtı tanımasına reaksiya verib.

İRNA-nın məlumatına görə, Tunis xalqı da digər İslam ölkələrində olduğu kimi ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən sionist rejimin paytaxtı kimi tanımaq qərarını elan etdiyi zamandan, bu qərara qarşı kəskin etirazını bəyan edib. Bu məsələ ABŞ-ın Tunisdəki səfirliyinin cümə günü öz fəaliyyətini dayandırmasına səbəb olub. 

Tunisin müxtəlif şəhərləri cümə günü Tramp əleyhinə geniş aksiyaların şahidi olub. 

Tunisin Nümayəndələr Məclisi də Trampın Fələstin xalqına qarşı son qərarına reaksiya olaraq, fövqəladə iclas keçirib və Trampın bu hərəkətini beynəlxalq qanunlara zidd adlandıraraq, ona qarşı çıxıb. 

Tunis hökuməti də ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz olaraq ABŞ səfirini çağırtdırıb. 

Tunisli aktivistlər də ictimai şəbəkələrdə ABŞ istehsalı olan məhsulların boykot edilməsi kampaniyasına başlayıblar və bu məhsulların adlarını elan etməklə, Tunis xalqını bu məhsulları almaqdan imtina etməyə dəvət ediblər. 

Tramp çərşənbə günü regional və beynəlxalq müxalifətlərə rəğmən Qüdsü qondarma İsrail rejiminin paytaxtı olaraq tanıdığını bildirib.