Tramp Qüdsə qarşı qərarını regiondakı dostları ilə koordinasiy edibmiş
Dek 10, 2017 21:57 Asia/Baku
Amerikanın Dövlət Departamentinin rəsmisi Qüdsü sionist rejimin paytaxtı elan etməzdən öncə Donald Trampın regiondakı öz müttəfiqləri ilə fikir mübadiləsi aparmasından xəbər verib.
Əl-Hədəs telekanalının verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin regional sözçüsü Erika Çiosano bildirib ki, ABŞ prezidenti Donald Tramp bu qərarı qəbul etməzdən öncə Vaşinqtonun regiondakı müttəfiqləri o sıradan sionist rejim və Səudiyyə Ərəbistanı ilə fikir mübadiləsi aparmışdır.
Çiosano deyib: Tramp bir neçə gün öncə Amerikanın orta şərqdəki müttəfiqləri ilə telefon əlaqələri saxlayaraq onlardan Qüds barədə qəbul edəcək qərarına dəstək vermələrini istəmişdir və bu barədə olarla geniş surətdə fikir mübadiləsi aparmışdır.