Dek 13, 2017 10:00 Asia/Baku
  • Ərəb ölkələri parlament sədrləri Qüdslə bağlı fövqəladə iclas keçirəcəklər
    Ərəb ölkələri parlament sədrləri Qüdslə bağlı fövqəladə iclas keçirəcəklər

Ərəb ölkələri parlament sədrləri ABŞ prezidentinin Qüdslə bağlı son qərarı ilə bağlı Mərakeşin paytaxtı Robat şəhərində fövqəladə iclas keçirəcəklər.

İRNA-nın məlumatına görə, Mərakeş Parlamenti çərşənbə axşamı bir bəyanat yayaraq, bu fövqəladə iclasın Mərakeş Parlamentinin sədri Həbib Malikinin istəyi əsasında cümə axşamı Robat şəhərində keçiriləcəyini bildirib. 

ABŞ prezidenti Donald Tramp ötən çərşənbə günü regional və beynəlxalq müxalifətlərə baxmayaraq, Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıdığını elan edərək, bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib. 

Müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və müsəlmanların 3 müqəddəs məkanından biridir. Bu müqəddəs şəhər müsəlmanlar üçün özəl mövqeyə malikdir. 

İran daxil olmaqla bir çox ölkə və beynəlxalq təşkilat Trampın qərarına qarşı çıxıb. 

Teqlər