Əl-Əzhər şeyxləri Fələstin intifazəsinin maliyyələşdirilməsini istədilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289183-Əl_Əzhər_şeyxləri_fələstin_intifazəsinin_maliyyələşdirilməsini_istədilər
Misirin Əl-Əzhər Universitetinin alimlər heyəti Fələstin intifazəsinin maliyyələşdirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2017 14:42 Asia/Baku
  • Əl-Əzhər şeyxləri Fələstin intifazəsinin maliyyələşdirilməsini istədilər

Misirin Əl-Əzhər Universitetinin alimlər heyəti Fələstin intifazəsinin maliyyələşdirilməsini istəyib.

Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, Əl-Əzhərin yüksək səviyyəli alimlər heyəti Fələstin intifazəsinin maliyyələşdirilməsini və Qüdsün müdafiə edilməsini istəyiblər.

Əl-Əzhərin yüksək səviyyəli alimlər heyəti ABŞ hökumətinin Qüdsü İsrailin paytaxtı olaraq tanımasına reaksiya olaraq, təcili iclas təşkil edib. İclasın yekun bəyanatında Qüdsün Fələstinə aid olmasının dəyişilməz bir gerçəklik olduğu vurğulanıb.

Əl-Əzhərin yüksək səviyyəli alimlər heyəti Ərəb və İslam ölkələri və təşkilatlarından Qüds və Fələstin qarşısında daşıdıqları məsuliyyətə əməl etmələrini, Fələstinə qarşı istəilən qərarı ləğv etmək üçün siyasi və qanuni tədbirlərdən faydalanmalarını istəyib.