Yəmən və İordaniyada ABŞ əleyhinə aksiyalar keçirilib
Dek 15, 2017 21:29 Asia/Baku
Yəmən və İordaniyada ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasına etiraz edən xalq aksiya keçirib.
İRİB-nin verdiyi məlumata görə, yəmənli qadınlar bu gün cümə Donald Trampın Qüdslə bağlı qərarına etirazlarının davamında paytaxt Sənada aksiya keçirib, ABŞ-ın müsəlmanlara qarşı düşmənçilik siyasətləri əleyhinə şüarlar veriblər. Onlar Trampın qərarını axmaqcasına adlandırıblar.
İordaniyada da minlərlə nəfər cümə namazında iştirak etdikdən sonra Əl-Əqsa məscidi və Qüdsü himayə üzrə şüarlar verib, ABŞ prezidentinin son qərarına öz etirazlaraını bildiriblər.