İraq Kürdüstanında aksiyaların davamına təkid edilib
İraq parlamentində dəyişiklik fraksiyasının sədri yerli idarənin istefa verməsi üçün bu ölkənin Kürdüstan məntəqəsində geniş piketlərin və vətəndaş itaətsizliyinin davamına təkid edib.
İraq parlamentində dəyişiklik fraksiyasının sədri Sərvə Əbdulvahid bu fraksiya üzvlərinin İraq Kürdüstanı məntəqəsinin yerli idarəsində iştirakı, bu məntəqənin siyasi durumu, hadisələri və aksiyaları barədə qərar çıxarmaq üzrə dəyişiklik hərəkatının müxtəlif iclaslarına toxunaraq, bildirib ki, bu məntəqədə hökmranlıq üslubunun düzəlməsinədək etirazların davam etməsi zəruridir.
Sərvə Əbdulvahid dəyişiklik partiyasının İraq Kürdüstanı məntəqəsinin yerli idarəsi ilə anlaşma üzrə hazırkı strategiyası barədə deyib: İraq Kürdüstanı demokrat partiyası hakim partiya kimi bu məntəqənin hazırkı vəziyyətində bu məntəqə boyunca öz proqramları və hakimiyyətini davam etdirə bilməz.
İraq parlamentində dəyişiklik fraksiyasının sədri demokrat və vətənpərvərlər birliyi partiyaları tərəfindən yerli idarənin buraxılması vacibliyinə toxunaraq, əlavə edib: Təəssüflər olsun ki, İraq Kürdüstanı hökumətinin birtərəfli və müstəqil şəkildə neft ixracatına başladığı zamandan bəri bu məntəqə əhalisinin məişət durumu çətinləşibdir.
Dekabrın 18-i səhərdən bəri İraq Kürdüstanı məntəqəsinin əksər şəhərləri əhalinin bu məntəqə sakinlərinin qeyri-münasib iqtisadi və məişət durumu, idarə işçilərinin məvaciblərinin ödənilməməsi və korrupsiya işlərinə qarşı geniş aksiyaları səhnəsi olubdur.