İordaniya xalqı Qüdsə dəstək aksiyası keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290109-İordaniya_xalqı_qüdsə_dəstək_aksiyası_keçirib
ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı elan etməsinin ardınca minlərlə iordaniyalı cümə günü üçüncü həftə dalbadal işğal olunmuş Qüdsə dəstək aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 16:18 Asia/Baku
  • İordaniya xalqı Qüdsə dəstək aksiyası keçirib
    İordaniya xalqı Qüdsə dəstək aksiyası keçirib

ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı elan etməsinin ardınca minlərlə iordaniyalı cümə günü üçüncü həftə dalbadal işğal olunmuş Qüdsə dəstək aksiyası keçirib.

Minlərlə iordaniyalı ABŞ-ın Əmmandakı səfirliyi önünə toplaşaraq, şüarlar veriblər. Onlar öz şüarlarında Amerika prezidenti Donald Trampın anti-Fələstin qərarını pisləyərək, vurğulayıblar ki, Qüds ərəb şəhəri və Fələstinin əbədi paytaxtı olaraq qalacaq.

Aksiyaçılar BMT-nin Qüdsə dəstək barədə olan qətnamə layihəsinin lehinə səs vermiş ölkələri himayə edərək, onların addımlarını yüksək dəyərləndiriblər.

İordaniyanın şimalında yerləşən İrbid şəhərinin sakinləri də ABŞ-ın sionist rejim qəsbkarlarına olan dəstəklərilə müxalifət əlaməti olaraq, həmçinin xalq qurumları, qrupları, orqanları və təşkilatlarının çağırışlarına cavab olaraq, aksiya keçiriblər.