Qarabağda Ermənistan pilotsuzu vurulub
-
Qarabağda Ermənistan pilotsuzu vurulub
Azərbaycan R-nın müdafiə nazirliyi Qarabağ bölgəsində Ermənistanın bir ədəd pilotsuz təyyarəsinin vurulmasından xəbər verib.
Azərbaycan R. müdafiə nazirliyinin bildirdiyinə görə, bu Ermənistan pilotsuzu bu gün günorta çağı Ağdam yolunda Azərbaycan R-nın hərbi qüvvələri barədə kəşfiyyat uçuşu keçirməkdə imiş ki, Azərbaycan R. tərəfindən hədəfə alınaraq, vurulubdur.
Beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üzrə vasitəçilik səylərinin nəticəsiz olması münaqişə məntəqəsində gərginliyin davam etməsi, atəşkəsin pozulması və vaxtaşırı iki tərəfin tələfatı ilə nəticələnir.
ABŞ, Rusiya və Fransanın həmsədrliyi altında olan ATƏT-in Minsk qrupu 1997-ci ildən bəri Azərbaycan R. ilə Ermənistan arasındakı Qarabağ münaqişəsinin dinc həlli üçün vasitəçilik etsə də indiyədək bir nəticə əldə edə bilməyibdir.
Azərbaycan R. ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi döyüşlərlə nəticələnibdir.
Bu münaqişə nəticəsində Azərbaycan R-nın Dağlıq Qarabağ məntəqəsi və qonşuluqdakı yeddi rayon Ermənistan qüvvələrinin işğalı altına keçdi.