İraq Kürdüstanında 400 etirazçı həbs edilib
Dek 26, 2017 19:28 Asia/Baku
-
İraq Kürdüstanında 400 etirazçı həbs edilib
İraq Kürdüstanının parlamentində insan haqları komitəsinin sədri bu bölgədə yerli idarəetməyə qarşı etiraz edənlərdən 400 nəfərin həbs edilməsindən xəbər verib.
Suran Ömər İRNA-ya deyib: Son günlərdə Süleymaniyyə vilayətində etirazçılardan 400 nəfəri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və hələ onlardan bir neçəsi həbsxanadadır.
Suran Ömər deyib: Kürdüstanda kommunal xidmətlərin bərbad vəziyyətinə etiraz edənlərin həbs olunmaları davam edir və bu həbslər qanuni məcrada baş vermir. Ömərin dediyinə görə, həbs olunanlar arasında jurnalistlər də var.