Dek 30, 2017 13:32 Asia/Baku
  • Yəməndə Səudiyyənin PUA-sı məhv edilib
    Yəməndə Səudiyyənin PUA-sı məhv edilib

Yəmən ordusu və xalqı qüvvələrinin hava hücumundan müdafiə bölməsi Yəmənin şimal qərbində Hərz sərhəd şəhərində Səudiyyə koalissiyasına məxsus bir ədəd Pilotsuz Uçan Aparatı məhv edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin hava qüvvələri oktyabrın birində də Səudiyyə təcavüzkarlarına məxsus MQ-9 tipli bir PUA-nı Sənanın Əddeyləmi bazası üzərində uçarkən məhv etmişdilər. 

Səudiyyə koalissiyası hərbi təyyarələrinin bu gün Əl-Hədidə vilayətində Əl-Xuxeyə hücumunda 10 yəmənli qadın yaralanıb. 

Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Zeyfullah Əşşami isə səudiyyəli düşmənlə qarşılaşmada milli birliyin gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: Bu hərəkatın gücü xalqdan mənşə alır. 

Ənsarullah hərəkatı və Yəmən ordusu son günlərdə sərhəd zonalarında Səudiyyənin və onun muzdlularının mövqelərini hədəfə alıb. 

Teqlər