Yan 01, 2018 19:07 Asia/Baku
  • İordaniya kralına qarşı çevriliş fitnəsi
    İordaniya kralına qarşı çevriliş fitnəsi

Bir sionist media üç iordaniyalı şahzadənin Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin köməklərilə İordaniya kralını devirmək üzrə səyini ifşa edib.

"Tayms israil" qəzeti bəzi mənbələrə istinadla yazıb: Kəşfiyyat orqanları İordaniya kralı 2-ci Abdullahın qardaşları və əmisi oğlunun onu devirmək üçün Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin başçıları ilə telefon əlaqələrini izləyiblər.

İordaniya kralı son zamanlar çevrilişin qarşısını almaq məqsədilə bir fərmanla əmisi oğlu Təllal bin Mahmudu, eləcə də iki qardaşı- şahzadə Feysəli və şahzadə Əli bin Əlhüsəyni kənarlaşdırıb və onların İordaniya ordusundakı hərbi rütbələrini geri alıbdır. Bu üç şahzadə hazırda icbari iqamətgahda qalır.

Amerikanın "Brit Bart Nyus" xəbər portalı da yazıbdır ki, bu üç şahzadə kral Abdullaha qarşı çevriliş üçün səud komandanları ilə plan qurmaqda imişlər.

Bu məlumata əsasən, səud vəliəhdi Muhəmməd bin Salman son zamanlar Kral Abdullahın İslam Əməkdaşlığı Təşkilatının Qüds barədə İstanbulda keçirilən yığıncağında iştirakına mane olmağa çalışdı, lakin İordaniya kralı onun istəyinin əksinə olaraq, bu yığıncaqda iştirak etdi, halbuki Ərəbistan bu yığıncağa aşağı dərəcəli məsul bir şəxsi bu yığıncağa göndərdi.

Sionist "Haarets" qəzeti də İordaniya-Ərəbistan əlaqələri barədə yazıb: Bu iki ölkənin əlaqələri Ərəbistanda qüdrət mexanizmini dəyişməyə çalışan vəliəhd Muhəmməd bin Salmanın siyasətləri və hərəkətlərinin ardınca böhanlı olubdur.

Bu sionist qəzet adının açıqlanmamasını istəmiş bir iordaniyalı rəsmiyə istinadla yazıb: Muhəmməd bin Salman iordaniyalılar və fələstinlilərlə öz nökərləri kimi rəftar edir və sanki o, onların ağasıdır və onlar onun verdiyi hər bir göstərişə əməl etməlidirlər.

 

Teqlər