Səudiyyə şahzadəsi aclıq aksiyası keçirir
Xəbər mənbələri Səudiyyə şahzadəsi Təllal Bin Əbdül-Əzizin aclıq aksiyasına başlamasından xəbər vriblər.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Səudiyyə şahzadəsi onun 3 oğlunun Ərrəyadın Rits Karlton hotelində həbsinin davam etməsinə qarşı etiraz əlaməti olaraq aclıq elan edib.
Səudiyyə qaynaqları bildiriblər ki, 86 yaşlı Təllal 2017-ci il 10 noyabrda oğlu Vəlid saxlanıldıqdan az sonra aclıq askiyasına başladı.
Bu səudiyyə qaynaqları bildiriblər ki, Ərrəyadın Məlik Feysəl xəstəxanasının həkimləri şahzadəni boru vasitəsi ilə qidalandırmağa cəhd göstəriblər.
Səudiyyə kralı noyabr ayında oğlu Məhəmmədin başçılığı ilə korrupsiya ilə mübarizə komitəsinin yaradılmasına fərman verdi və həmin komitənin fəaliyyəti nəticəsində indiyədək onlarla şahzadə, keçmiş və indiki rəsmilər həbs ediliblər.
Siyasətçilərə görə Səudiyyə rejiminin şahzadələri geniş miqyasda həbs etməsi vəliəhd Məhəmməd Bin Salmanı gücləndirmək məqsədi güdür.