Pakistan ABŞ ilə hərbi-kəşfiyyat əməkdaşlıqlarını dayandırıb
Yan 10, 2018 14:26 Asia/Baku
Pakistanın müdafiə naziri çərşənbə axşamı İslamabadın ABŞ prezidentinin Pakistana qarşı yeni ittihamlarına etiraz olaraq, Vaşinqton ilə hərbi və kəşfiyyat əməkdaşlıqlarını dayandırdığını bildirib.
Pakistanın müdafiə naziri Xürrəm Dastgir Xan deyib: ABŞ prezidenti Donald Tramp İslamabada qarşı əsassız ittihamlar səsləndirməklə Əfqanıstandakı məğlubiyyətini ört-basdır etməyə çalışır.
ABŞ prezidenti Donald Tramp 1 yanvarda, 2018-ci ildə Tvitterdə paylaşdığı ilk yazıda Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib və deyib: Vaşinqton İslamabada hərbi və maliyyə yardımlarını dayandıracaq.