Dəməşq: Türkiyənin Afrindəki hərbi əməliyyatı Suriyanın milli hakimiyyətinin pozulmasıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293005-dəməşq_türkiyənin_afrindəki_hərbi_əməliyyatı_suriyanın_milli_hakimiyyətinin_pozulmasıdır
Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü axşam Türkiyənin Suriyanın şimalında yerləşən Afrin şəhərində hərbi əməliyyatlar həyata keçirməsini qınayaraq, Türkiyənin bu hərəkətini Suriyanın milli hakimiyyətinin pozulması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2018 08:52 Asia/Baku
  • Dəməşq: Türkiyənin Afrindəki hərbi əməliyyatı Suriyanın milli hakimiyyətinin pozulmasıdır
    Dəməşq: Türkiyənin Afrindəki hərbi əməliyyatı Suriyanın milli hakimiyyətinin pozulmasıdır

Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü axşam Türkiyənin Suriyanın şimalında yerləşən Afrin şəhərində hərbi əməliyyatlar həyata keçirməsini qınayaraq, Türkiyənin bu hərəkətini Suriyanın milli hakimiyyətinin pozulması adlandırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətdən Türkiyənin Afrindəki hərbi əməliyyatlarını qınamasını və bu hərbi əməliyyatların dayandırılması üçün lazımi tədbirlərin görülməsini istəyib. 

Suriyanın Xarici İşlər Nazirliyi həmçinin, Ankaranın Afrində həyata keçirilən hərbi əməliyyatlarla bağlı Dəməşqi məlumatlandırmasını təkzib edib. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Afrində hərbi əməliyyatların başlanmasından bir saat sonra Suriya rəsmilərini yazılı şəkildə bu əməliyyat barədə məlumatlandırdığını deyib. 

Türkiyə ordusu cümə günü Suriyanın şimalında Afrin şəhərində YPG və PYD adlı kürd yaraqlılarının mövqelərinə artilleriya zərbələri endirib. Şənbə günü isə yerli vaxtla saat 17:00-da Afrində "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb. 

Türkiyə bundan öncə də Suriyanın şimalında "Fərat Qalxanı" adlı əməliyyat həyata keçirmişdi.