Fələstinli əsir İsrail zindanında şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293017-fələstinli_əsir_İsrail_zindanında_şəhid_olub
Fələstinli əsir Hüseyn Həsəni Ətaəllah İsrail zindanlarında yetərli tibbi xidmətlərin göstərilməməsi üzündən həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2018 10:56 Asia/Baku
  • Fələstinli əsir İsrail zindanında şəhid olub
    Fələstinli əsir İsrail zindanında şəhid olub

Fələstinli əsir Hüseyn Həsəni Ətaəllah İsrail zindanlarında yetərli tibbi xidmətlərin göstərilməməsi üzündən həyatını itirib.

Fələstin medialarının verdikləri məlumata görə, Fələstinli Əsirlər Klubu Hüseyn Həsəni Ətaəllahın xərçəng xəstəliyindən əziyyət çəkməsinə rəğmən, həbsdə saxlanıldığını və ona lazımi tibbi xidmətlərin göstərilmədiyini, bunun nəticəsində onun şənbə günü həyatını itirdiyini bildirib.

Fələstinli Əsirlərlə İş üzrə Heyətin vəkili Yusif Nəsasirə bundan öncə Ətaəllahın səhhətinidə yaranan ciddi problemlərlə bağlı xəbərdarlıq etmişdi.

Ətaəllah Nablos şəhərinin sakini idi. Onun 6 övladı var. 35 il həbsə məhkum edilən Ətaəllah məhkumluq dövrünün 21 ilini geridə buraxmışdı.