YPG yaraqlıları Türkiyə ordusunun Afrinə girməsi xəbərini təkzib etdi
Yan 21, 2018 18:16 Asia/Baku
-
YPG yaraqlıları Türkiyə ordusunun Afrinə girməsi xəbərini təkzib etdi
YPG adlı kürd yaraqlıları qruplaşması Türkiyənin hərbi bölmələrinin Suriyanın şimalında yerləşən Afrin şəhərinə girməsi xəbərini təkzib edib.
Röyters-in məlumatına görə, silahlı qruplaşma olan YPG bu gün bir bəyanat yayaraq, Türkiyə hərbi bölmələrinin Afrina girməyə çalışdıqlarını, amma, hələ ki, şəhərə girə bilmədiklərini bildirib.
YPG silahlı qruplaşmasının Türkiyə hərbçilərinin Afrinə girməsini təkzib etməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkə hərbçiərinin artıq Afrinə daxil olduqlarını bildirib.
Türkiyə ordusu "Zeytun Budağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalında yerləşən Afrin şəhərini terrorçulardan təmizləməyə çalışır.
Bu hərbi əməliyyata cümə günü start verilib.
Teqlər