Suriya parlamenti Türkiyə qüvvələrinin Suriyanın şimalına qarşı hücumuna reaksiya verib
-
Suriya parlamenti Türkiyə qüvvələrinin Suriyanın şimalına qarşı hücumuna reaksiya verib
Suriya parlamenti bir bəyanat yayaraq, Türkiyə ordusu qüvvələrinin Suriyanın şimalındakı Afrin şəhərinə qarşı təcavüzünü pisləyib.
Suriya parlamenti bu bəyanatda Beynəlxalq Parlamentlərarası Birliyin və İslam Əməkdaşlığı Təşkilatının üzvlərindən istəyibdir ki, Türkiyə ordusu qüvvələrinin Suriyanın şimalına qarşı təcavüzünü pisləsinlər.
Bəyanatda sonra deyilir: Ərdoğan hökuməti təhlükəsizliyin təmini bəhanəsilə Suriyanın Afrin şəhərinə təcavüz edərək, bir daha terrorizm, qırğın, dağıntı və beynəlxalq qanunların pozulması siyasətini yürüdür və regionda əmin-amansızlığı şiddətləndirmək niyyətindədir.
Türkiyə ordusu qüvvələrinin son günlər ərzində Suriya ərazisinə daxil olmaları elə bir haldadır ki, bu ölkə illər boyu mübarizədən sonra terrorizmin məhv edilməsi astanasında qərar tapıbdır.
Türkiyə ordusunun "Zeytun budağı" adı altında hərbi əməliyyatı Afrin şəhərində İŞİD və PYD ünsürlərinin məhv edilməsi, eləcə də regionda və Türkiyə sərhədlərində sabitlik və təhlükəsizliyin gücləndirilməsi bəhanəsilə başlanıbdır.