Kərbəla valisi Ayətullah Sistaninin nümayəndəsinə hücuma reaksiya verdi
Yan 28, 2018 11:31 Asia/Baku
Kərbəla valisi İraqın mərcəyi təqlidi Ayətullah Sistaninin nümayəndəsinə hücumu iraqlılar arasında fitnə yaratmağa cəhd adlandırıb.
İRİB-in məlumatına görə, Kərbəla valisi Əqil əl-Tərihi deyib: Bu həftə cümə namazında Ayətullah Sistaninin nümayəndəsi Əbdülmehdi Kərbəlayiyə hücum İraq xalqı arasında təfriqə yaratmaq məqsədini güdür.
Əbdülmehdi Kərbəlayi də bildirib: Bu hücumu bəzi azğın cərəyanlarla əlaqədar şəxslərdən biri həyata keçirib, lakin uğursuz olub.
Bu hadisə Nəcəf və Kərbəla vilayətlərində təqlid mərcəyinin nümayəndələrinə ilk hücum hesab olunur.
İraqda İŞİD terror qruplaşmasının məhv edilməsinə rəğmən, hələ də İraqın bəzi bölgələrində bu terror qruplaşmasının ünsürləri vardır.