Həşduşşəbi İŞİD terrorçularına qarşı artilleriya hücumu keçirib
İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi bu ölkənin Suriya ilə müştərək sərhədində İŞİD ünsürlərinin toplaşdıqları məkanı hədəfə alıb.
Həşduşşəbi qüvvələri bir bəyanat yayaraq bildirib ki, bu qüvvələrin İŞİD terrorçularının İraq-Suriya sərhədində yerləşən "Təl-Səfuk" məntəqəsinin cənubundakı mövqelərinə qarşı artilleriya hücumunda bir qrup terrorçu ölüb və ya yaralanıbdır.
Digər bir xəbərə görə, İraqın müştərək əməliyyat komandanlığı medialarda peşmərgə qüvvələrinin Kərkük vilayətinin şərq istiqamətində irəliləmələri barədə yayılmış xəbərləri təkzib və belə əlavə edib: Kərkük vilayətinin şərq istiqamətində iraqlı qüvvələrin və peşmərgə qüvvələrinin hərbi düzülüşündə heç bir dəyişiklik baş verməyibdir.
Ələrəbiyyə telekanalı iddia etmişdi ki, peşmərgə qüvvələri Kərkük vilayətinin şərqində yerləşən "Qərə Həncir" məntəqəsindən keçib və bu vilayətin sərhədlərinə yaxınlaşmaqdadırlar.
İraqın təhlükəsizlik qüvvələri üç ildən sonra Kərkükün cənub və qərb məntəqələrini İŞİD-in işğalı altından çıxara biliblər.