Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər
Sionist rejim qırıcıları bu gün səhər tezdən müqavimət qüvvələrinin Qəzzə zolağında yerləşən mövqelərini hədəfə alıblar.
Sionist rejim qırıcıları Qəzzədə müqavimət qüvvələrinin bir nəzarət mərkəzini bombalayıblar ki, bu hücum heç bir xəsarət törətməyibdir.
Sionist rejim ordusu bir bəyanatda iddia edibdir ki, hava hücumu dünən axşam Qəzzə zolağından işğal olunmuş Fələstinin daxilinə qarşı edilmiş raket hücumuna cavab olaraq həyata keçirilib.
Sionist rejim adətən Qəzzə zolağına qarşı hücumlarından öncə və bu vəhşicəsinə hücumlarını əsaslandırmaq üçün Qəzzədəki fələstinli müqavimət qüvvələrini işğal olunmuş Fələstinin daxilinə qarşı raket hücumunda ittiham edir.
Belə bir halda, yerli mənbələr xəbər veriblər ki, sionist rejim ordusunun artilleriyası Qəzzə zolağının şimalındakı mövqeləri hədəfə alıbdır.
Sionist rejim daim puç ittihamlarla Qəzzə zolağının müxtəlif məntəqələrini aviasiya və artilleriya hücumları hədəfinə çevirir və bir qrup fələstinlini şəhid edib, yaralayır.