Suriya kürdləri: Türkiyə Afrində qadağan olunmuş silahlardan istifadə edir
-
Suriya kürdləri: Türkiyə Afrində qadağan olunmuş silahlardan istifadə edir
Suriya Kürdləri Demokratik Birliyi PYD qüvvələri bildiriblər: Türkiyə Afrin əməliyyatında qadağan olunmuş silahlardan istifadə edir.
Suriya Kürdləri Demokratik Birliyi PYD qüvvələrinin ictimai əlaqələr şöbəsinin məsulu Ridor Xəlil deyib: Türkiyə Afrinə hücumda qadağan edilmiş Napalm və kasset bombalardan istifadə edir.
Ridor Xəlil əlavə edib: Afrində Türkiyənin qadağan olunmuş silahlardan istifadə etməsi haqda sənədləri toplamaq üçün səylər davam edəcək.
Türkiyə Suriyanın şimalında Afrin şəhərində Zeytun Budağı əməliyyatını 20 yanvarda başlayıb. Rəsmi Ankara PKK, PYD, YPG və İŞİD terror qruplaşmalarının məhvini bu əməliyyatın məqsədi adlandırır.
Suriya hökuməti Türkiyənin Afrin şəhərində hərbi əməliyyatını Suriyanın ərazi bütövlüyünün pozulması adlandırıb və onu qınayıb.