İraqın bərpası konfransında 70 ölkənin nümayəndəsi iştirak edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294543-İraqın_bərpası_konfransında_70_ölkənin_nümayəndəsi_iştirak_edəcək
İraq Xarici İşlər Nazirliyi bildirib: 70 ölkə və yüzlərlə önəmli investisiya şirkəti İraqın Bərpası konfransında iştirak edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 17:16 Asia/Baku
  • İraqın bərpası konfransında 70 ölkənin nümayəndəsi iştirak edəcək
    İraqın bərpası konfransında 70 ölkənin nümayəndəsi iştirak edəcək

İraq Xarici İşlər Nazirliyi bildirib: 70 ölkə və yüzlərlə önəmli investisiya şirkəti İraqın Bərpası konfransında iştirak edəcək.

İRNA-nın məlumatına görə, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məhcub deyib: Proqnoz olunur ki, İraq hökuməti bu konfransda ölkənin müharibədən zərərçəkən bölgələrinin bərpası üçün təxminən 100 milyard dollar yardım və investisiya cəzb edə biləcək.

İraq XİN sözçüsü bildirib: Hüquq təşkilatları, şirkətlər və bu konfransda iştirak edən ölkələrin nümayəndələri İraqda yatırımın forması haqda fikir mübadiləsi aparacaqlar.