ABŞ qırıcıları Suriya hökumətinin tərəfdarlarını bombalayıb
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya bir daha Suriya hökumətinin tərəfdarı olan qüvvələrin mövqelərinə havadan zərbələr endirib.
ABŞ bir neçə müttəfiq ölkə ilə birlikdə 2014-cü ilin avqustunda İŞİD ilə mübarizə aparmaq bəhanəsi ilə BMT ilə ahəngdarlıq yaratmadan və Suriya dövlətindən icazə almadan bu ölkə ərazisində hökumət qüvvələri və Suriya xalqına qarşı hərbi əməliyyatların həyata keçirilməsi məqsədi ilə beynəlxalq bir koalisiya yaratdı. Bu koalisiya indiyə kimi Suriyada xüsusilə Deyrəzzur, Rəqqə və Hələb vilayətlərində yaşayış məntəqələrini bombalayaraq, çoxlu sayda günahsız insanı qırğın edib.
Röyters-in cümə axşamına olan məlumatında bildirilir: Adının açıqlanmasını istəməyən bir amerikan rəsmi ABŞ qırıcılarının Suriya ordusu ilə müttəfiq qüvvələrin mövqelərini, bu qüvvələrin Amerikanın himayəsi altında olan PYD terrorçularının mövqelərinə hücum etmələrinin ardınca bombaladıqlarını deyib.