Fev 09, 2018 15:44 Asia/Baku
  • Əlhəşduşşəbi İŞİD-in Suriyadakı mövqelərinə hücum edib
    Əlhəşduşşəbi İŞİD-in Suriyadakı mövqelərinə hücum edib

İraqın xalq könüllü qüvvələri- Əlhəşduşşəbi-nin raket bölməsi dünən gecə İŞİD-in Suriyadakı mövqelərini hədəfə alıbdır.

Əlhəşduşşəbi-nin 28-ci qoşununun raket bölməsi İŞİD-in İraq-Suriya sərhədlərində yerləşən Əldəşişə kəndindəki mövqelərinə hücum edərək, bu terror qrupunun qərargahını hədəfə alıbdır.

Əlhəşduşşəbi qüvvələri dünən həmçinin İŞİD-in Həmrin dağlarındakı bir neçə mövqeyini hədəfə alıblar. Nəticədə onların tibb otağı məhv edilibdir.

Bundan öncə Əlhəşduşşəbi-nin baş komandirlərindən olan Əbu Mehdi Əlmuhəndis xalq səfəbər qüvvələrinin İraqın digər silahlı qüvvələrinin kənarında təhlükəsizlik hədələrilə mübarizə aparmaqda olduqlarını deyərək, vurğulamışdı ki, hazırda İraq-Suriya sərhədlərinin mühüm hissələrinin təhlükəsizliyinin bərqərarının məsuliyyəti xalq səfəbər qüvvələrinin üzərinə düşür.

Teqlər