İran İslam Respublikası Yaxın Şərq ölkələri arasında incəsənətdə ilk yeri tutur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297067-İran_İslam_respublikası_yaxın_Şərq_ölkələri_arasında_incəsənətdə_ilk_yeri_tutur
Omanın informasiya naziri bildirib: İran İslam Respublikası incəsənət baxımından Yaxın Şərqdə ən güclü ölkələrdən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2018 13:13 Asia/Baku
  • İran İslam Respublikası Yaxın Şərq ölkələri arasında incəsənətdə ilk yeri tutur
    İran İslam Respublikası Yaxın Şərq ölkələri arasında incəsənətdə ilk yeri tutur

Omanın informasiya naziri bildirib: İran İslam Respublikası incəsənət baxımından Yaxın Şərqdə ən güclü ölkələrdən biridir.

İRNA-nın məlumatına görə, Omanın informasiya naziri Əbdül-Münim əl-Həsəni çərşənbə axşamı günü paytaxt Məsqətdə kitab sərgisində İranın pavilyonlarına baş çəkib və İran mədəniyyəti və incəsənətinə əsasən hazırlanan İran pavilyonunu alqışlayıb və deyib: Ümid edirik ki, iranlı yazıçılar, şairlər və incəsənət xadimlərinin sərgidə daha aktiv iştirak etməsinə şərait yaradılacaq. 

Tehran Beynəlxalq Kitab Sərgisi, İran nəşriyyatının potensialının kataloqlar və büroşuralar çərçivəsində təqdim olunması, müxtəlif mövzularda 500 kitab və diskin sərgilənməsi İran İslam Respublikasının bu sərgi çərçivəsindəki fəaliyyətlərinə aiddir. 

23-cü Məsqət Kitab Sərgisi 3 marta qədər Oman paytaxında fəaliyyət göstərir.