Amerikan koalisiyasının Suriyada növbəti cinayəti; 24 mülki həlak oldu
Fev 28, 2018 09:45 Asia/Baku
ABŞ-ın başçılıq etdiyi beynəlxalq Anti-İŞİD koalisiyası qırıcılarının çərşənbə axşamı Deyrəzzura olan hücumları zamanı 24 nəfər həlak olub.
İRNA-nın məlumatına görə, Amerikan koalisiyası qırıcıları Deyrəzzurun cənubunda suriyalı didərginlərin toplaşdığı məkanı hədəfə alıblar.
Bu hücumda çoxlu sayda insan da yaralanıb.
ABŞ-ın başçılıq etdiyi Anti-İŞİD koalisiyası bazar günü də Deyrəzzurun ətrafında yerləşən Zöhrə Əluni və Şəfəqə qaçqın düşərgələrini hədəfə alaraq, 29 mülkini qətlə yetirmişdi.
Suriya hökuməti dəfələrlə BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, ABŞ və başçılıq etdiyi koalisiyanın Suriyadakı qırğınlarına son qoyulmasını istəyib.