İraqın xalq səfərbər qüvvələri amerikan hərbçilərin fəaliyyətinə qarşıdır
İraq xalq səfərbər təşkilatının sədr müavini terrorçu İŞİD qrupuna qələbənin İran islam inqilabının böyük rəhbərinin və general Qasım Süleymaninin yol göstərmələri ilə hasil olduğunu bildirərək, əcnəbi qüvvələrin İraqdakı fəaliyyətinin davam etməsinə qarşı çıxıb.
PressTv-nin verdiyi məlumata görə, Mehdi Əl-Mühəndis bu telekanala verdiyi açıqlamada deyib: Əcnəbi hərbçilərin İraqda fəaliyyətinin davam etməsinə heç bir səbəb yoxdur. İraq hökumətinin bu barədə qərarına hörmətlə yanaşılmalıdır. İraqlıların çoxu bu ölkədə əcnəbi hərbi bazaların fəalyyətinin davam etməsinə heç bir səbəbin olmadığı qənaətindədir.
Əl-Mühəndis İranın İraq ordusuna İŞİD-ə qarşı mübarizədəki dəstəyini yüksək qiymətləndirərək Tehranın terrorizm ilə mübarizədə Bağdadın ən yaxşı ortağı olduğunu deyib.
İraqın xalq səfərbər təşkilatının sədr müavini deyib: İŞİD-ə qarşı qələbə İran islam inqilabının böyük rəhbəri həzrət Ayətullahül-üzma Xamenei və Qüds qoşunları komandanı general Qasım Süleymaninin yolgöstərmələri ilə hasil oldu.