Lahurda partlayış; 7 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298675-lahurda_partlayış_7_nəfər_ölüb
Pakistanın Pəncab vilayətinin mərkəzi Lahur şəhərində yoxlama-buraxılış məntəqəsində baş verən partlayış nəticəsində 25 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2018 06:18 Asia/Baku
  • Lahurda partlayış; 7 nəfər ölüb
    Lahurda partlayış; 7 nəfər ölüb

Pakistanın Pəncab vilayətinin mərkəzi Lahur şəhərində yoxlama-buraxılış məntəqəsində baş verən partlayış nəticəsində 25 nəfər ölüb və yaralanıb.

Röytersin verdiyi məlumata görə, Lahurda yerli rəsmi bildirib: Dünən günortadan sonra Lahurda polisin yoxlama-buraxılış məntəqəsində baş verən bomba partlayışında 7 nəfər ölüb və 18 nəfər yaralanıb. 

Bəzi xəbər mənbələri bildiriblər: Pakistanın Lahur şəhərinin qərbində törədilən partlayışda 7 polis də daxil 30 nəfər həlak olub. 

Məlumatlı qaynaq bildirib: Partlayış yerində yardım və xilasetmə əməliyyatı davam edir. 

Hələlik kimsə partlayışın məsuliyyətini öz üzərinə götürməyib.