Sionist idmançıların Tunisə girişi qadağan olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300972-sionist_idmançıların_tunisə_girişi_qadağan_olundu
Tunis məhkəməsi cümə axşamı günü sionist rejim idmançılarının taekovando üzrə beynəlxalq turnirdə iştirak etmək üçün bu ölkəyə girişini qadağan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 05:05 Asia/Baku
  • Sionist idmançıların Tunisə girişi qadağan olundu

Tunis məhkəməsi cümə axşamı günü sionist rejim idmançılarının taekovando üzrə beynəlxalq turnirdə iştirak etmək üçün bu ölkəyə girişini qadağan edib.

İRNA-nın məlumatına görə, sionist rejimlə münasibətlərin normallaşdırılması ilə mübarizə Milli Dəstək Heyəti Tunis məhkəməsində ölkənin Taekovando Federasiyası əleyhinə bir şikayət qaldırıb və İsrail rejimi idmançılarının dəvəti və Tunisdə onlar üçün hər hansı qarşılanmanın qarşısının alınmasını istəmişdi. 

Taekovando üzrə beynəlxalq turnir 6-13 apreldə Tunisdə keçiriləcək. 

Tunislilər İsrail rejimi idmançılarının bu turnirdə iştirak etməsi haqda məlumat aldıqdan sonra, sionist rejimlə münasibətlərin normallaşdırılmasını bağışlanmaz günah sayıb və bu yarışların ləğvi və idman nazirinin kənarlaşdırılmasını istəyiblər.