Apr 09, 2018 09:08 Asia/Baku
  • Suriya XİN bu ölkənin düşmənlərinə reaksiya verib
    Suriya XİN bu ölkənin düşmənlərinə reaksiya verib

Suriya Xarici İşlər Nazirliyi bu ölkə dövlətinə qarşı çıxan bəzi ölkələrin rəsmi Dəməşqin kimyəvi silahlardan istifadə etməsinə dair yalançı iddialarının terrorçuların Suriyadakı iştirakını uzatmaq məqsədini güddüyünü bildirib.

Suriya Xarici İşlər Nazirliyi dünən gecə yaydığı bəyanatda belə qeyd edib: Suriya ordusunun terrorizmlə mübarizədə irəlilədiyi hər bir zamanda, terrorçuların Duma və Qutə şəhərlərində iştirakını uzatmaq məqsədi ilə rəsmi Dəməşqin kimyəvi silahlardan istifadə etməsinə dair yalançı iddialar irəli sürülür.

Bəyanatda deyilir: Kimyəvi silahlardan istifadəyə dair iddialar yalnız Suriyada terrorçulara dəstək verən və günahsız xalqın qanı ilə ticarət edən bəzi ölkələr üçün qaneedicidir.

Suriya Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayıb: Duma məntəqəsində kimyəvi silahlardan istifadə bəhanəsi planlaşdırılmışdı; bu barədə mötəbər məlumatlar mövcuddur və Suriya dövləti onun barəsində xəbərdarlıq etmişdi.

Terrorçulara yaxın mənbələr iddia ediblər ki, Suriyanın hərbi təyyarələri şənbə günü axşamçağı Dumanı kimyəvi bombardmana məruz qoyublar ki, nəticədə 75 nəfər ölüb, onlarla nəfər də bədən xəsarəti alıbdır.

Bu ittiham elə bir şəraitdə irəli sürülür ki, suriyalı hərbçilər Duma məntəqəsinin azad edilməsinin bir addımlığındadırlar.

Belə bir halda, bundan öncə Suriya Xarici İşlər Nazirliyi terrorçuların Şərqi Qutədə kimyəvi silahdan istifadəyə dair planından xəbər vermişdi.

Terrorçuların şənbə günü gecə Şərqi Qutədə yerləşən Duma məntəqəsinə qarşı  kimyəvi hücumunda onlarla nəfər ölüb və yaralanıbdır.

Bu hücumdan sonra, terrorçulara dəstək olan Qərb mediaları rəsmi Dəməşqə qarşı kəskin psixoloji savaşa başlayıblar.

Terrorçular indiyədək dəfələrlə Suriyada kimyəvi silahdan istifadə ediblər.

Teqlər