İsrail qırıcıları Həmas-ın Qəzzədəki qərargahını bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301684-İsrail_qırıcıları_həmas_ın_qəzzədəki_qərargahını_bombalayıblar
İsrail qırıcıları Həmas-ın Qəzzədəki qərargahını bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2018 07:10 Asia/Baku
  • İsrail qırıcıları Həmas-ın Qəzzədəki qərargahını bombalayıblar

İsrail qırıcıları Həmas-ın Qəzzədəki qərargahını bombalayıblar.

İRİB-nin verdiyi məlumata görə, informasiya qaynaqları Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının bazalarından birinin İsrail qırıcıları tərəfindən hədəfə alındığını bildiriblər. 

Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsral qırıcılarının Qəzzənin Şücaiyə məntəqəsinə olan hücumunda da bir fələstinli şəhid olub. 

Həmas-ın sözçüsü Fuzi Bərhum isə deyib: İsrailin Qəzzədə fələstinlilərə qarşı hücumu bu rejimin xalqın "Qayıdış Haqqı" yürüşündəki əzəmətli iştirakı qarşısında çaş-baş qalmasının nişanəsidir.