Livan Hizbullahı: Suriyaya hücum regionda terrorçu qrupları aşkar dəstəkləməkdir
Apr 14, 2018 21:46 Asia/Baku
-
Livan Hizbullahı: Suriyaya hücum regionda terrorçu qrupları aşkar dəstəkləməkdir
Livan Hizbullahı Amerika, Britaniya və Fransanın Suriyaya raket hücumunu pisləyərək bu təcavüzün terrorçu qrupları açıq-aşkar və birbaşa dəstək demək olduğunu bildirib.
İRİB-in verdiyi məlumata görə, Livan Hizbullahı bu gün səhər bir bəyanat yayaraq Suriyaya hücumun Suriya xalqının və regionun digər xalqlarının milli hakimiyyəti və kəramətinə qarşı aşkar təcavüz olduğunu bildirib və bunun sionist rejimin ötən həftə Suriyaya qarşı təcavüzünün davamı olduğunu deyib.
Livan Hizbullahı bu bəyanatda bildirib: Bu hücum cinayətkar terrorçu qruplara birbaşa və açıq-aşkar dəstəyi təsdiqlədi hansı ki, Amerika, İnqiltərə və Fransa daima bu qrupları maliyyə, siyasi və mediya cəhətdən dəstəkləyiblər.